“Daşın içindəki həyat” sənədli film nümayiş etdiriləcək

90

 

Bu gün, avqusun 28-i saat 21:45-də Mədəniyyət kanalında heykəltəraş Natiq Əliyevə həsr olunmuş “Daşın içindəki həyat” sənədli film nümayiş etdiriləcək.  Bunu Hurriyyet.org-a Mədəniyyət televiziya kanalından bildirilib.

Azərbaycan Televiziyasının Bədii və Sənədli Filmlər Studiyasında istehsal olunan film Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordenli heykəltəraş, professor Natiq Əliyevin həyat və yaradıcılığına həsr olunub.

Filmdə müəllifi Natiq Əliyev olduğu və dünyanın bir çox  ölkələrində ucaldılmış monumental əsərlərdən bəhs olunur. Heykəltəraşın ilk uşaqlıq illərindən başlayaraq, orta və ali təhsil dövrlərini əhatə edən həyat yolu işıqlandırılır, eləcə də sənət və sənətkalıq haqqında düşüncələri yer alır.

Sənədli filmin çəkilməsində əsas məqsəd Azərbaycanın incəsənət tarixində öz yerini tutmuş dünyaşöhrətli heykəltəraş Natiq Əliyevi tamaşaçıya daha yaxından tanıtmaq, xüsusən də gənc heykəltəraşlara nümunə kimi təqdim etməkdir.

Filmin ssenari müəllifi Cavi Dan, rejissoru Elnurə Kazımova, operatoru Adil Abbasovdur.

 

https://www.youtube.com/watch?v=lx8UeLtPJGI