DAŞ YOX, BOMBA DAŞIYAN “ƏBABİL QUŞLARI”: İran rəqibləri ilə savaşda onlara arxalanacaq

27

İran pilotsuz uçuş aparatı (PUA) inqilabını həyata keçirib və hazırda Yaxın Şərqdə ən böyük dron donanmasına sahibdir. Tehranın hazırladığı eksklüziv hesabat İranın dronları strateji silah kimi İsrail, ABŞ və digər düşmənlərinə qarşı daha çox istifadə etmək istədiyi barədə məlumatı verir. Ötən il o, Səudiyyə Ərəbistanına və ABŞ gəmilərinə hücum edib və 2018-ci ildə İsrailin hava məkanına pilotsuz uçuş aparatı göndərib.

PUA donanmasının 1979-cu ildən yaradıldığını iddia olunur. 1970-ci illərin ABŞ istehsalı olan reaktiv mühərrikli kiçik təyyarəyə bənzəyən dron – “Beechcraft MQM-107 Streaker” əsasında 2010-cu ildə “Kərrar” PUA-sı düzəldilib. Bunun niyə on illər çəkdiyi bəlli deyil. Amma “MQM-107”-nin hələ 1970-ci illərdə İrana satıldığı güman edilir. Həmçinin, “BQM-74 Chukar” dronlarının.

İranın “Fars News” agentliyi xəbər verir ki, 1979-cu il inqilabından sonra İraqla müharibə İranı pilotsuz texnologiyada yenilik etməyə məcbur edib. İran ABŞ-dan “F-4” və “RF-4” yedək təyyarəsinin müşahidə modelini əldə edib, lakin onları çox istifadə etmək istəməyib. Beləliklə, “Sepah” hələ 1983-cü ildə dronlardan ibarət bölük yaradıb.

Məqalədə deyilir ki, dronların istifadəsi üçün İİKK-nin “Rəəd” batalyonu Əhvazda yerləşdirilib. Sonralar döyüşlərdə dronlardan güman ki, istifadə olunub, məsələn “Kərbəla-5” əməliyyatında.

Məqalədə “Rəəd” batalyonunda “Mohacer-1” dronlarının yerləşdirildiyi deyilir. Müharibənin sonuna qədər 940 hərbi tapşırıq yerinə yetirilib və 187,070 kvadrat kilometr ərazyə nəzarət olunub. Bu, İraq ərazisinin yarısıdır.

Məqalədə iddia olunur ki, bu sadə dronlar, “Mohacer” ailəsi “Əbabil” PUA ailəsi yaranana qədər istifadə edilib. “Qüds” şirkətində 1985-ci ildə istifadəyə verilən “Mohacer” və 1986-cı ildə “Əbabil”i qayıran İsfahandakı zavoddur.

İsraillilər dronlarını mövcud təyyarələr əsasında modelləşdiriblər. İranın bu dizaynı haradan əldə etdiyi bilinmir, ancaq “Əbabili” istehsal edən müəssisənin sahibi inqilabdan əvvəl İranda helikopter istehsal edən ABŞ şirkəti “Textron” olub. “Textron” daha sonralar, 1980-ci illərdə İsraildə “Pioner” PUA-sı yaradıb.

“Fars News” pilotsuz təyyarələrin inkişafı və sənaye bazasına yaradılması ilə paralel olaraq İİKK-nin Hava Tədqiqatı və Cihad Araşdırma Mərkəzinin əsası qoyulduğu qeyd olunub. Onun işi ballistik raketlər və daha yaxşı döyüş dronları üzərində cəmləşib. Bu, “Şahid” dron ailəsinin doğulmasına səbəb olub. Məsələn, “Şahid 121” 2016-cı ilin yanvar ayında “USS Harry Truman” üzərində və Fransanın “Şarl de Qoll” aviadaşıyıcısının yaxınlığından uçub. Fransızlar PUA-nı izləmək üçün helikopter göndəriblər.

İran “Şahid 121”-i “kəşfiyyat dronu” adlandırır. O, 180 km / saat sürət və 30 kq çəki ilə 10 saat uça bilər. Daha sonra iranlılar ABŞ-ın “Predator” PUA-sı əsasında modelləşdirilmiş və 2012-ci ildə ilk uçuşunu həyata keçirən “Şahid 129”-u inşa ediblər. İranlılar deyir ki, o, 100 kq-lıq bombaları 1700 km məsafəyə çatdıra və 24000 fut hündürlüyə qalxa bilər.

Bir müddət sonra “Şahid 171” və ya “Simorğ” PUA-sı və “Şahid 191” meydana gəlib. Bu, İİKK Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş qabiliyyətinin inkişafında yeni bir fəsil idi. 2011-ci ildə İran Əfqanıstanda ABŞ-ın “Qəndəhar heyvanı” kimi tanınan “RQ-170 Sentinel” PUA-sını vurub. Onun, yəni ABŞ-ın ən qabaqcıl texnologiyası əsasında öz modellərini qurub. İran ABŞ pilotsuz təyyarəsinin bu nüsxəsi ilə lovğalanır. “Şahid 191” elektron müharibə üçündür və ABŞ modelindən bir qədər kiçikdir. İranlılar ona turbomühərrik qoyub, 40 min hündürlüyə qalxan, 4.5 saat ərzində 300 km / saat sürətə malik dron ediblər. PUA yalnız 50 kq yük götürə bilər.

Məqalədə əvvəllər xatırlanmayan “Şahid 178” modelindən bəhs edilib və onun kəşfiyyat üçün istifadə edildiyi bildirilir. “Şahid 133”-ə də toxunulur. İnternetdəki digər xarici mənbələrə görə, İran əslində, İsrailin “Hermes 450”-ini kopyalamağa çalışıb. Güman ki, o, sadəcə nəqliyyat vasitəsidir.

“Bu, ölkəmizin PUA-larından yalnız bir neçə nümunədir. “Şahid” ailəsi İİKK hava qüvvələri tərəfindən hazırlanıb”. Strategiya İİKK Aerokosmik Qüvvələrinin rəhbəri Əmir Əli Hacızadəyə məxsusdur. O, 2009-cu ildən bəri bu vəzifəni tutur və Hacızadə Ali Rəhbər Ayətullah Xamnəi ilə görüşdə dron strategiyasını ətraflı müzakirə edib. 4 il əvvəl lider bu konsepsiyaya xeyir-dua verərək generalı dronların sayını artırmağa çağırıb.

“Ali liderin dronlarla bağlı tövsiyəsi vacibdir, çünki bu, onun döyüş həqiqətlərini dərindən bildiyini göstərir”, – məqalədə deyilir.

İran 2019-cu ilin sentyabrında Səudiyyə Ərəbistanının əsas neft müəssisəsinə zərbə vurmaq üçün 25 dron və kruiz raketindən istifadə edib. İranın PUA strategiyası 2017-ci ildə İranın Fars körfəzində apardığı “Beytül-Müqəddəs” əməliyyatları zamanı tərtib edilib. Bu zaman “Şahid 129”, “Şahid 133”, “Şahid 191” və başqaları da daxil olmaqla, 50-yə yaxın PUA-dan istifadə olunub.

Yaxın Şərq şərhçisi İlyas Maqnye Bazar günü tvitində yazıb ki, “İsrailə və Suriyanın suverenliyini pozmasına qarşı” müqavimət bölgədəki gərginliyi artırmaqla, yeni müharibəyə səbəb ola bilər. İranın bu əsnada gələcəkdə ABŞ, İsrail və ya Səudiyyə Ərəbistanı ilə qarşıdurmaya hazırlaşmaq üçün mümkün qədər çox dron hazırlamağa çalışdığı ortaya çıxır.

Set Frantzman

“Jerusalem Post”, 07.06.2020

Tərcümə: Strateq.az