Damarını kəsdiyi üçün xəstəxanaya gətirildi, özünü burada öldürdü – Bakıda DƏHŞƏT

    24

    Bu gün səhər saatlarında Bakıda Akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasında intihar faktı qeydə alınıb.

    Hurriyyet.org xəbər verir ki, bununla bağlı oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

    1984-cü il təvəllüdlü Nazim Fəridov özünü xəstəxana binasının üçüncü mərtəbəsindən atıb. O, hadisə yerində ölüb.

    Məlumatlara görə, N.Fəridov iyulun 19-da intihar məqsədilə damarlarını kəsib və yaxınları tərəfindən bu xəstəxanaya gətirilib.

    İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.