Daha bir qəzetin çap versiyası DAYANDIRILDI

    3

    Reklam və elan həftəliyi olan populyar “Birja” qəzeti çap versiyasına xitam verib.

    1992-ci ilin yanvarında qurulmuş “Birja”nın son nömrəsi bu il mayın 25-də işıq üzü görüb. Nəşrin dayanmasının səbəbləri açıqlanmır.

    24 səhifəlik qəzet həftənin cümə günləri 8 minə yaxın tirajla çıxırdı.

    Rafiq Abbasovun baş redaktor olduğu qəzet fəaliyyətini internet nəşr kimi davam etdirir. Birja.com saytı qəzetin çap versiyası çıxan vaxt da işləyirdi.

    “Birja”nın ofisi Bakının Şərifzadə küçəsində, populyar rusdilli nəşrlər “Zerkalo” və “Exo”nun binasında yerləşir. “Zerkalo” 2014-cü ildən, “Exo” bu il mayın 26-dan fəaliyyətini dayandırıb. Hər iki nəşr maliyyə çətinliyi üzündən qapanıb.

    “Birja” qəzetində reklam və elanlar Azərbaycan və rus dillərində çap olunurdu. \\Novator.az

    Hurriyyet.org