Daha 3 ölkədə koronavirus aşkarlandı

6

Daha bir neçə ölkədə koronavirusa yoluxma faktı qeydə alınıb.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, üç ölkədə – Litva, Yeni Zelandiya və Nigeriyada koronavirus aşkarlanıb.

Məlumata görə, Yeni Zelandiyada koronavirusa yoluxmuş şəxs 60 yaşlı qadındır. O, daha öncə İrana səfər edib. 

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 858 nəfərdir. Virus daşıyıcılarının sayı isə 83 380-dan çoxdur.