Daha 2 rayon qazsız qaldı – SƏBƏB – FOTO

    3

    Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.

    "Azəriqaz" İstehsalat Birliyindən Hurriyyet.org-a verilən məlumata görə, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Ona görə də saat 13.10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb.

    Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. 85 abonentin qaz təchizatı dayandırılıb.