Daha 10 məntəqədə nəticələr ləğv olundu

    3

    Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Allahverdiyev Şəmsəddin Həsən oğlunun, Qəmbər İsa Yunis oğlunun müraciətinə baxılıb.

    Hurriyyet.org xəbər verir ki, müraciət barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.

    O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Təqdim olunan materialların araşdırması zamanı 10 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyən olunub. Bu baxımdan həmin məntəqənin nəticələri etibarsız hesab olunmalı və şikayət qismən təmin olunmalıdır.

    Təklif səsverməyə çıxarılaraq qəbul edilib./azvision.az/