Daha bir ölkədən Azərbaycana DƏSTƏK: 30 mindən çox…

93

Malayziya İslam Təşkilatı Məsləhət Şurası (MAPIM) Ermənistanın Dağlıq Qarabağ işğalını qınayan bəyanat yayıb.

 

Bəyanatda Ermənistanın beynəlxalq hüquq normaları və atəşkəsi pozaraq Azərbaycan torpaqlarında dinc əhalini hədəf alması qınanılıb.

 

Şuranın baş katibi Möhd Əzmi Əbdül Həmid yazılı açıqlamasında Azərbaycan-Ermənistan münaqişəsinin beynəlxalq uzlaşma yolu ilə həll edilməli olduğunu vurğulayıb: “Dinc əhalinin zərər görəcəyi hərbi münaqişələrdən başqa sülh müzakirələrinin aparılması lazımdır. Böyük miqyasda azərbaycanlı əhalinin yaşadığı torpaqları işğal edən erməni separatçılarının vəziyyəti daha da pisləşdirməsinə icazə verilməməlidir. Separatçılıq bölgədə ən az 30 min insanın ölümünə və minlərlə insanın yurdundan sürgün edilməsinə səbəb olub”.

 

Əbdül Həmid, bununla yanaşı, 1994-cü ildə əldə olunan atəşkəs razılaşmasının yenidən təsis edilməsi tərəfdarı olduqlarını vurğulayıb.   //Baxar