Daha bir ölkədə karantin UZADILDI

16

Argentina hökuməti karantin tədbirlərini oktyabrın 11-dək uzatmaq qərarına gəlib.

Bu barədə Argentinanın prezident administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edək ki, Argentinada koronavirusa ilk yoluxma halı martın 3-də qeydə alınıb. Hazırda ölkədə 601 mindən çox yoluxma faktı, 12 mindən çox ölüm sayı qeydə alınıb.

Martın 20-də ölkədə ümumi karantin elan edilsə də, iyulun 17-də Buenos-Ayres və şəhər ətrafında məhdudiyyətlərin bir qismi yumşaldılmışdı. \\Oxu24