Daha bir nüfuzlu təşkilat Abbas Lisaninin HƏBSİNİ PİSLƏDİ

48
Güney Azərbaycan Milli Hərəkatının liderlərindən biri olan Abbas Lisasni haqqına 15 il müddətinə həbs qərarının çıxarılması insan hüquqları təşkilatlarının etirazına səbəb olub.
Türkmənsəhra İnsan Hüquqları Müdafiəçiləri Təşkilatının Koordinasiya Şurası Abbas Lisani barəsində çıxarılan 15 il həbs cəzasının təsdiqlənməsini pisləyib.

Şuranın təmsilçisi Yusif Kor yaydığı bəyanatda Abbas Lisaniyə qarşı çıxarılan hökmə etirazını bildirərək dinc yollarla mübarizə aparan fəalları həbs etməyin beynəlxalq insan hüquqları konvensiyalarına zidd olduğunu vurğulayıb.

Xatırladaq ki, bundan öncə “Ərk” Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin sədri Jalə Təbrizi və Beynəlxalq Avrasiya İnsan Hüquqları Federasiyasının başqanı Abdullah Buksur Abbas Lisaninin həbsini pisləyən bəyanat yayıblar.

Qeyd edək ki, İran Ali Məhkəməsi Ərdəbil Apelyasiya Məhkəməsinin Abbas Lisaniyə qarşı çıxardığı qərarı təsdiq edərək qüvvədə saxlayıb.

Hazırda Ərdəbil zindanının 7-ci bölümündə saxlanılan Abbas Lisani 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib. Birinci instansiya məhkəməsində 8 il azadlıqdan məhrum edilən fəalın həbs müddəti gözlənilməz şəkildə Ərdəbil Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 ilədək uzadılıb./cebhe.info/