Daha bir nazir koronavirusa yoluxdu

16

Moldovanın Daxili İşlər naziri Pavel Voykunun koronavirus testi müsbət çıxıb.

Hurriyyet.org xəbər verir ki, bu barədə nazir özünün “Facebook” səhifəsində yazıb.

DİN rəhbərinin sözlərinə görə, sağlıq durumu qənaətbəxşdir, hazırda təcrid vəziyyətindədir. O, xəstəxana şəraitində müalicə almağa ehtiyac olmadığını bildirib./azvision.az/