Daha bir marşrutda “BakuBus”ın avtobusları işə başladı

24

Mayın 30-dan 11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” MMC tərəfindən icra edilir.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, 11 nömrəli xətt üzrə sərnişinlərə ekoloji baxımdan təmiz, “Avro 6” standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik avtobuslarla xidmət göstərilir. Dəyişiklik gündəlik 30 minədək sərnişinin daha təhlükəsiz və rahat daşınmasına imkan verir.

Bununla nağdsız ödəniş sisteminə inteqrasiya olunan müntəzəm marşrut xətlərinin sayı 35 olub.