Daha bir jurnalist yoluxdu: Redaksiya bağlandı?

36

“Xalq qəzeti”nin əməkdaşı İlham Abbasov koronavirusa yoluxub.

Hurriyyet.org xəbər verir ki, bunu axar.az-a açıqlamasında qəzetin əməkdaşı, tanınmış jurnalist Zərifə Bəşirqızı deyib. O bildirib ki, İ.Abbasovun hazırda vəziyyəti yaxşıdır və evdə müalicə alır.

Z.Bəşirqızı yoluxma faktına görə qəzetdə işin dayandırılması barədə yayılan məlumatların əsassız olduğunu bildirib.