Daha bir azərbaycanlı baş məşqçidə COVID-19 tapıldı

363

“Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyev koronavirusa (COVID-19) yoluxub.

Bu barədə klubun mətbuat xidmətinin yeni rəhbəri Mehriban Mürsəlova məlumat verib:

“Sabah keçirəcəyimiz “Keşlə” ilə oyun öncəsi test verdik. Futbolçularda testin nəticəsi neqativ çıxdı. Təəssüf ki, yalnız baş məşqçimiz Aftandil müəllimdə testin nəticəsi pozitiv göstərdi. Onda virusun yüngül simptomları var. Bu səbəbdən də o, sabahkı matçda texniki zonada yer almayacaq və iki həftə komandadan ayrı qalacaq”.

Qeyd edək ki, çempionatda autsayder olan “Səbail” sabah Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində “ASK Arena”da “Keşlə”nin qonağı olacaq. Matç saat 16:00-da başlayacaq.

Xatırladaq ki, daha əvvəl Premyer Liqa klublarının baş məşqçilərindən Qurban Qurbanov və Yunis Hüseynovda koronavirus aşkarlanıb. \\Oxu.Az