Daha 803 nəfər koronavirusa yoluxdu: 8 ölüm

54

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 212 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hurriyyet.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 48 221 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 40 831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib, aktiv xəstə sayı 6734 nəfərdir.

Ölkədə son sutka ərzində 9 951, hazırkı dövrədək isə 1 270 144 test aparılıb.