Daha 4 Avropa ölkəsi Rusiya əleyhinə sanksiyalara qoşuldu

261

Ukrayna ərazilərinin işğalına görə AB-nin Moskvaya qarşı sanksiyalarına daha 4 ölkə qoşulub. Bu barədə xəbər agentlikləri AŞ mətbuat xidmətinin açıqlamasına istinadən xəbər veriblər. Çernoqoriya, Norveç, Albaniya və Lixtenşteyn Moskvaya qarşı sanksiyalara qatıldı. Jurnalistlər aydınlaşdırıblar ki, Monteneqro və Albaniya hökumətləri Avropa Birliyinə qoşulmağa namizəd olduqları üçün sanksiyalara qoşulma qərarı veriblər. Norveç və Lixtenşteyn də vahid Avropa İqtisadi Bölgəsinə üzv olduqları üçün Moskvaya qarşı bu qərarı elan etdilər. “Sanksiyaya qoşulan ölkələr dövlət siyasətlərinin Avropa Şurasının bu qərarına uyğunlaşdırılmasını təmin edəcəklər. Avropa Birliyi bu öhdəliyi nəzərə alır və alqışlayır” – açıqlamada deyilir. Xəbər agentlikləri qeyd edirlər ki, Rusiya hakimiyyətinə qarşı sanksiya rejimi altı ildən çoxdur ki, tətbiq edilir. Avropa, Moskvaya qarşı ilk sanksiyaları hələ 2014-cü il martın ortalarında tətbiq etdi. Bundan əvvəl Putin üç Ukrayna müəssisəsinə Rusiya tərəfindən tətbiq olunan sanksiyaları ləğv etmək qərarına gəldi. Eyni zamanda, Almaniya,  “Şimal Axını-2” rus kəmərini ABŞ-ın “maye qazı” ilə – LNG-ilə əvəz etməyə qərar verdi.

Tərcümə etdi: Ülviyyə Şükürova