Dağlıq Qarabağa 54 vaqon yük göndərən Rusiyanın psixoloqlarının məramı nədir?

390

Rusiyadan Arayik Arutyunyanın “rəhbərlik elədiyi” ermənilərə güclü dəstək:  30-a qədər bina və sosial obyekt bərpa edilib, qapı-pəncərə təmiri ilə bağlı 2,1 min müraciət qəbul edilib, 1200 ton yük hələ yoldadır

Hurriyyet.org xəbər verir ki, Rusiya Dağlıq Qarabağa dəmir yolu ilə 54 vaqon humanitar yük göndərib. Rusiyanın səkkiz şəhərindən göndərilmiş yükün ümumi çəkisi 1200 tondur. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin TASS informasiya agentliyinə verdiyi müsahibədə yükün yaxın günlərdə Dağlıq Qarabağa çatacağı bildirilir.

RF FHN-in məlumatına görə, Rusiyadan gətirilən tikinti materiallarının hesabına Dağlıq Qarabağda 30-a qədər binanı və sosial obyekti bərpa eləmək mümkün olub. Eyni zamanda xırda təmir işlərinə də yardım edilir – rusiyalı xilasedicilər pəncərə və qapıların təmiri ilə bağlı artıq 2,1 min müraciət qəbul ediblər.

Bundan başqa RF Fövqəladə Hallar Nazirliyinin tibb işçiləri Qarabağın 80 sakininə yardım ediblər,  psixoloqları isə 48 nəfəri qəbul ediblər.