Dağıstanda 10 yaraqlı məhv edildi

    15

    Dağıstanda iki xüsusi əməliyyat nəticəsində 10 yaraqlı məhv edilib. Bu barədə TASS agentliyinə respublikanın hüquq-mühafizə orqanlarında məlumat veriblər.
    «Son məlumatlara görə, on yaraqlı öldürülüb. «Cənub» dəstəsinin lideri Dərbənd və Tabasaran rayonlarının sərhədində, daha doqquz yaraqlı isə Süleyman Stalski rayonunda məhv edilib», – məlumatda belə deyilir.
    Öldürülənlərin şəxsiyyəti müəyyənləşdirilir.