D vitamini çatışmazlığının əlamətləri – Ovucları Günəşə tutmağın vaxtı çatdı

    12

    D vitaminini " Günəş vitamini” adlandırırlar. Çünki digər vitaminlər kimi o qidada çox yox, günəş istisi və işığından maksimum alınır.

    Amma əksər ölkələrdə qış uzun, yay qısa olduğundan və ya Azərbaycanın günəşli ölkə olmasına baxmayaraq insanlarının Gündən qaçaraq kölgəni seçməsi və açıq havada az olması səbəbindən bədəndə lazımi qədər vitamin D sintezi getmir.

    D vitamini çatışmazlığı riski daşıyan qrupa bu insanlar daxildir:

    -Tünd dərisi olanlar- çünki tünd dəri D vitaminini az və zəif zintes edir

    -Hamiləlik və laktasiya dövründə

    -Yaşlı insanlar – 50 yaşdan sonra

    -Ofis və yeraltı şəraitdə işləyən insanlar – gündüzlər qapalı otaqda olanlar

    -Gecə növbəsində işləyənlər- çünki gündüzlər yatırlar

    -Uşaqlar

    D vitamini çatışmazlığının əlamətləri:

    1.Ürək -damar problemləri, xüsusən yaşlı insanlarda

    2. Tez-tez xəstələnmək, infeksiyalar və immunitet zəifliyi – D vitamini immun sistemin normal fəaliyyəti üçün çox vacibdir. Bu vitamin immun hüceyrələrinə çatmadıqda infeksiyalara qarşı dözümsüzlük yaranır, orqanizmin müdafiə funksiyası zəifləyir.

    3.Depressiya, əhvalın pis olması, stress

    Vitamin D beyində serotoninin miqdarını tənzimləyir. Ona görə depressiyada olan insanlara Günəşdə çox olmaq məsləhət görülür. Ona görə soyuq aylarda insanlar daha süst, halsız və əhvalsız olur.

    4.Daimi yorğunluq, gücsüzlük

    Vitamin D orqanizmdə qidanın enerjiyə çevrilməsi prosesini təşkil edir. Əgər insan daim enerjisizdirsə, o deməkdir ki, D vitamini əskikliyi var.

    5.Zəif sümük və əzələlər

    Təsadüfi deyil ki, raxit xəstəliyinin birinci dərmanı günəşdir. D vitamini sümüklərdə kalsiy və fosfatların tənzimləməsini təşkil edir. Vitamin D çatışmadıqda artıq orta yaşlardan osteomielit, sümük əriməsi başlayır. 50 yaşdan yuxarı insanlarda bel, çanaq, diz ağrıları artır. O cümlədən əzələlər zəif, ağrılıdırsa, o zaman əzələ funksiyasını təmin edən D vitamin əskikliyindən şübhələnmək lazımdır.

    6.Qanda şəkərin dəyişməsi

    Qanda şəkərin həm az, həm çox olması da D vitamin əskikliyinin səbəbindən ola bilər.

    7.Piylənmə

    Əgər bədən çəkisinin indeksi 30-u aşırsa, o zaman avtomatik olaraq D vitamini əskikliyi yaranacaq. Çünki vitamin qandan piy hüceyrələri vasitəsilə qovulur. Nə qədər çox piy varsa, o qədər də vitamin əskiliyi olacaq.

    8. Digər əlamətlərə diqqət: yuxululuq və ya yuxusuzluq, dişlərin çürüməsi, dırnaqların laylanması, qırılması, görmənin zəifləməsi, iştahanın olmaması, gecələr qıcolmalar

    Günəşi qucaqla

    D vitaminini təbii yolla yalnız və yalnız Gün işığından ala bilərsiz. Xüsusən ovuclar, kürək və çiyin nahiyəsi açıq olaraq dəriyə birbaşa günəş şüası dəyməlidir. Geyinib gün altında gəzməyin faydası yoxdur. Ən yaxşı üsul günəş altında oturaraq, ovucları günəşə doğru açıb 15 dəqiqə ovuclara gün işığının düşməsini təmin etməkdir. Bunun üçün ən yaxşı saat 11.00-15.00 arasıdır.

    Qış və payız aylarında isə D vitamini olan BAD- və preparatlar, qida əlavələri qəbul etmək lazımdır.

    Qida ilə D vitamini az daxil olsa da, çalışın yağlı balıq, balıq yağı, yumurta sarısı, sarı pendir, qaraciyər, süd məhsulları çox qəbul edəsiz.

    Amma bu vitaminin preparatlarını özbaşına olaraq alıb qəbul etmək də olmaz. Çünki əgər vitamin D dozadan artıq olarsa, onun yaradacağı fəsadlar daha ağır ola bilər. \\ medicina.az

    HURRİYYET.ORG