Dərsliklər nə vaxt təhvil verilməlidir? – RƏSMİ AÇIQLAMA

42

“9-11-ci sinif şagirdlərinin dərslikləri qaytarması iyunun 15-30-u müddətində olacaq. Çünki həmin sinfin şagirdləri məktəbi bitirib gedə bilər”.

Hurriyyet.org xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Orxan Abbasov deyib.

Onun sözlərinə görə, digər siniflər bu prosesi avqustun 1-15-də edəcəklər: “I-V sinfin şagirdləri isə dərslikləri sentyabrın 1-15-də təhvil verməli olacaqlar”. /report/