Dərslər 2 noyabrdan distant formada keçiriləcək – RƏSMİ

72

Oktyabrın 29-da Nazirlər Kabineti tərəfindən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Qərar (https://nk.gov.az/az/document/4887/) qəbul edilib.

Təhsil Nazirliyindən Hurriyyet.org-a verilən məlumata görə, qərarda bildirilir ki, xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.

Bu Qərarla bağlı sabah təşkil ediləcək brifinqdə daha ətraflı məlumat veriləcək.