Dərbənd dövlət muzeyinin keçmiş direktoru tutulub

7

Dərbənd dövlət tarix-arxitektura muzey-qoruğunun keçmiş direktoru Əli İbrahimov Moskvada tutulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları oktyabrın 14-də bildirib.

Məlumata görə, Ə.İbrahimov “vəzifə səlahiyyətlərini aşmaqda” ittiham olunur. Onun mənzilində axtarış aparılıb. Bildirilib ki, o, axtarış zamanı evdə olmayıb.

Ə.İbrahimov TAAS-a deyib ki, hüquq-mühafizə orqanları evində axtarış aparılması ilə bağlı ona məlumat verməyib.

Qeyd edək ki, o, 2013-cü il oktyabrın 1-də muzeyə direktor təyin olunub. Onunla imzalanan əmək müqaviləsinin müddəti bu il fevralın sonunda bitib. Məlumata görə, Dərbənd rəhbərliyi onun muzeydəki işindən şikayət edib. Yeni direktor təyin edildikdən sonra muzeydə yoxlama aparılıb.