Dənizdən 900 illik tarixə malik xəzinə tapılıb

297
Cənubi Koreyadan olan arxeoloqlar dənizdən Çin ticarət gəmiləri üçün istifadə edilən rampayla birlikdə sikkə və keramik əşyalar tapıblar. Sözügedən xəzinənin 900 il əvvələ aid olduğu bildirilib. “Seanews.az” xəbər verir ki, araşdırma işləri Cənubi Koreyanın Jeju adası sahillərində bu ilin may-iyul ayları arasında aparılıb.
Arxeoloqlar bildiriblər ki, bu kimi əşyalar Çində Song və Yuan sülalələrinin hakimiyyəti dövründə istifadə edilib. Mütəxəssislərin fikrincə, kəşf ölkənin ən böyük adası olan Jejunun bir vaxtlar Şərqi Asiya dəniz ticarətində mühüm mövqe tutduğunu göstərir.