Dənizdəki zibillərdən düzəldilmiş parçalar satılacaq

57

Mebel və ev üçün malların satışı üzrə dünyanın ən böyük şirkətlərindən biri olan IKEA Rusiyada ekoloji təmiz tekstil malları satacaq. Lenta.ru xəbər verir ki, satışlar 2020-ci il oktyabrın 1-dən etibarən start götürəcək.

Tekstil mallarından ibarət kolleksiya dənizdən çıxardılan plastik kütlədən hazırlanıb. Bu cür tullantıların bir qismini ispaniyalı balıqçılar Aralıq dənizindən çıxarıblar. Plastik kütlə xüsusi konteynerlərə qoyulur, sonra o təmizlənir, çeşidlənir, mexaniki olaraq emal olunur, emal edilmiş PET-butulkalarla qarışdırılır və nəticədə iplik və parçaya çevrilir.