Dəm qazı Siyəzəndə daha bir can aldı

108

Siyəzəndə dəm qazı bir nəfərin həyatına son qoyub.

APA–nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Siyəzənin Xətai küçəsində qeydə alınıb. Siyəzən rayon sakini, 1970-ci il təvəllüdlü Kərimova Arzu Hüseyn qızı yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.