Dəməşqdən Yerevana muzdlu döyüşçülər daşınır? – MÜƏMMALI REYS

20

Suriyanın paytaxtı Dəməşq şəhərindən Ermənistan paytaxtına müəmmalı təyyarə reysi qeydə alınıb.

Modern.az xəbər verir ki, bu səhər Dəməşqdən Yerevan aeroportuna Airbus 320 təyyarə reysi eniş edib.

Sərnişin təyyarəsində Suriyadan Ermənistana muzdlu döyüşçülərin gətirilməsi ehtimalı yüksəkdir. Belə ki, ciddi əsgər çatışmazlığı ilə üzləşən rəsmi Yerevan Suriya, Livan və s. ölkələrdən muzdlu döyüşçülər cəlb etməyə çalışır.