Dəməşqdən iddia: İsrail qırıcıları HHM sistemini vurdu

330

Hurriyyet.org xəbər verir ki, rəsmi Dəməşq İsrail qırıcılarının Suriyanın paytaxtına hava hücumu etdiyini iddia edib. Suriyanın SANA rəsmi informasiya agentliyi yerli vaxtla saat 1.30 radələrində Dəməşq şəhərinin qərbində yerləşən Nebi Habil bölgəsindəki hava hücumundan müdafiə sisteminin vurulduğunu bildirib.

İddiaya görə, hava hücumu nəticəsində 1 nəfər həlak olub, 3 nəfər suriyalı hərbçi yaralanıb. Paytaxt Dəməşq və ətrafındakı rayonlarda Rusiya və İran tərəfindən dəstəklənən Əsəd qüvvələri ilə yanaşı, İran İnqilabı Keşikçilərinə tabe olan terrorçu qrupların və xüsusilə də “Hizbullah” əsgərlərinin olduğu məlumdur.