“Dəlikli” göydələnlər

51

Son illər Honkonqun arxitekturasında unikal müasir texnologiyalara daha çox üstünlük verilir. AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, Çinin tikinti şirkətləri xüsusilə də yaşayış binalarının inşasında şərq fəlsəfəsinin əsaslarından biri olan fenşuy prinsipindən istifadə edir. Fenşuya əsaslanan bu qeyri-adi həllərdən biri də göydələnlərin ortasında böyük “dəliyin” açılmasıdır.

Mütəxəssislər bu cür hündürmərtəbəli binaların layihə və inşasının heç də asan olmadığını bildirirlər. Onların fikrincə, “dəliklər” binanın ventilyasiya sistemini yaxşılaşdırmaqla yanaşı, gözəl mənzərə yaradır. Burada hətta yaşıllıqlar salmaq da mümkündür.