Dələduzluqda suçlanan şəxsin cinayət işi: hakimə və məmurlara müqavimət…

84

Dələduzluqda ittiham edilən şəxsin məhkəməsi başlayır. Onun hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etdiyi də məlum olub.

Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Qobustan Rayon Məhkəməsində Xudaverdiyev Aslan Əliyar oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayır. İşə hakim Mirələm Quliyevin sədrliyi ilə baxılacaq.

Aslan Xudaverdiyev işə düzəltmək adı ilə bir neçə nəfərə qarşı dələduzluq etməkdə ittiham edilir.

Həmçinin ona qarşı Cinayət Məcəlləsinin 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) və 315.1-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsi ilə ittiham irəli sürülüb.