Dələduzluq yolu ilə 8500 manat pul alan şəxs saxlanıldı

7

Ağsuda dələduzluqla məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hacıyevi və N.Mütəllimovu aldadaraq ümumilikdə onlardan 8500 manat pul almaqda şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Nəsirov saxlanılıb.