Covid vaksini: Moderna nailiyyətinin arxasında kim durur?

135

Bu ilin mart ayında, pandemiyanın gedərək artan miqyası dəqiqləşdikcə, ABŞ prezidenti Donald Tramp, bir qrup əczaçılıq şirkətinin sahibini Ağ Evə dəvət etdi. Bu toplantıda biotexnologiya firması Modernanın təmsilçisi Stéphane Bancel, ABŞ administrasiyasına mərkəzi ştatında olan şirkətin bir neçə ay içində Covid-19 peyvəndi istehsal edə biləcəyini bildirdi. Bazar ertəsi Moderna çatdırılma etti.

Rəsmi təsdiqlənməsi gərəkən peyvənd nazmisədinin demək olar ki, % 95 nisbətində effektli olduğu xəbəri, dünya birjalarını hərəkətləndirdi və BioNTech / Pfizer arasındakı Almaniya / ABD iş birliyindən yaranan bənzər son elana gəlincə, çox ehtiyac duyulan normal həyata qayıtmanın da ümidini verən inyeksiya oldu.

Moderna peyvəndinin arxasındakı işçi tərkibi, biotexnologiya firmasının baş elmi rəsmisi Melissa Moore tərəfindən idarə olunur. Moore, karyerasını yeni peyvəndin mərkəzindəki protein strukturlarını analiz edərək keçirdi.

Biyokimyacı ilk olaraq 1990-cı illərin əvvəlində Massachusetts Texnologiya İnstitutunda (MIT) gənc tədqiqatçı olaraq ilk ribonukleoproteininin (mRNA) xəritəsini çıxardı və karyerasının çoxunu akademiyada keçirdi.

Ancaq “Science” nəşrinə görə 2013-cü ildə Moore yanaşmasını dəyişdirdi. İş görmək üçün Cambridge, Massachusettsdəki mərkəzdə olan Modernaya yazdı.

O zaman Modernanın baş elmi rəsmisi Dr. Tony de Fougerollesə göndərdiyi e-maildə Moore, seçdiyi sahədə “mübahisəsiz dünya mütəxəssisi” olduğunu bildirdi. De Fougerolles, onu elmi məsləhət şurasına üzv olmağa dəvət etdi və 2016-cı ildə Moore, Worcesterdəki Massachusetts Universiteti Tibb Fakultəsində müvəqqəti professor vəzifəsindən vaz keçərək bu vəzifəyə keçdi.

Moderna, 2010-cu ildə kök hüceyrə bioloqu Derrick Rossi və iki maliyyə dəstəkçisi tərəfindən, DNK-dan  bir hüceyrənin protein istehsal edən maşınlara genetik təlimatlar göndərən molekul olan mRNA-nın dərman və peyvəndlər hazırlamaq üçün yenidən dizayn edilə biləcəyi fikri  ilə quruldu.

Moore ora qoşulduqdan sonra böyük bio texnoloji firma halına gəldi. Portfelində Zika virusu, quş qripi və herpes üçün peyvəndlər kimi 23 mRNA preparatı və peyvəndi var. Ancaq firmanın heç bir məhsul hələ bazara çıxarılmadı və iş hələ ki, zərərlə gedir.

Firma, Covid-19 peyvəndinin sürətlə inkişaf etdirilməsinə kömək olmaq üçün hökumət tərəfindən maliyyələşdirilib – təxminən 2,5 milyard dollar – və qiymət səbəbi ilə – bir dozası 32-37 dolar həcmində (24- 28 sterlin) tənqid olundu.

Ancak səhmlər bahalaşdı. Son iki ildə 20 dollar səviyyəsində qaldıqdan sonra, mart ayında başladılar. Qiymətlər üzüyuxarı gedərkən CEO Bancel 2018-ci ildə yaradılan plandan təxminən 50 milyon dollarlıq səhm payı sataraq nəğd pul qazandı. Digər Moderna idarəçiləri də hissələrini satdılar.

Modernanın mRNA texnologiyası, 2000-ci illərin əvvəllərində, Macar mənşəli biyokimyaçı Katalin Karikó və həmkarı Drew Weissmanın Pennsylvania Universiteti laboratoriyalarında apardığı araşdırmalar üzərində inşa edildi. İbu ikilik kəşflərindən preparat meydana gətirmək üçün şirkət qurdu, ancaq bu səyləri heç vaxt klinik sınaqlarla nəticələnmədi.

2013-cü ildə Karikó, ABŞ dərman istehsalçısı Pfizer ilə rəqib Covid-19 peyvəndi meydana gətirən Alman bio texnologiya firması BioNTech də qatıldı.

Hələ də Pennsylvania Universitetində olan Weissman, qrip, herpes və AİDS-ə qarşı RNA peyvəndi nümunələri üzərində işləməyə davam etdi və bir il içində insan sınaqlarını başlatmağa ümid edir.

Tərcümı etdi: Ülviyyə Şükürova