COVID-19 zamanı ağciyərləri qoruya biləcək məhsul AÇIQLANIB

279

Toyuq yumurtaları ağciyərlərin sağlamlığını yaxşılaşdırır və COVID-19-a yoluxma zamanı onun rahat fəaliyyəti üçün kömək edə bilər.

Bu barədə diyetoloq Marqarita Korolyova bildirib.

O qeyd edib ki, yumurtanın zülalı infeksiya ilə mübarizədə kömək edən immunoqlobilinlərin yaranmasına yardım edir.

“Yumurtanın sarısındakı yağ komponentləri isə, öz növbəsində, ağciyər alveolalarının bir hissəsidir. Bundan əlavə, yumurtanın tərkibində olan A vitamini immunitetin “qatil-hüceyrələr” ifraz etməsini stimullaşdırır, E vitamini isə antioksidandır”, – diyetoloq əlavə edib.\\Report