COVID-19 vaksinindən ötrü 500 min köpəkbalığı öldürülə bilər

78

Kaliforniyada köpəkbalıqlarının mühafizəsi qrupunda fəaliyyət göstərən ekspertlərin fikrincə, COVID-19 əleyhinə vaksin istehsalı üçün 500 min köpəkbalığı öldürülə bilər. Bu barədə “Telegraph” qəzeti məlumat yayıb. COVID-19 əleyhinə potensial vaksinin tərkib hissələrindən biri skvalendir ki, bu da köpəkbalığının qaraciyərində olur.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Britaniyanın “GlaxoSmithKline” əczaçı şirkəti qrip əleyhinə vaksin üçün adyuvantların yaradılmasında köpəkbalığı qaraciyərindən əldə olunan skvalendən istifadə edir. Şirkət may ayında bildirib ki, koronavirus əleyhinə potensial istifadə üçün bu birləşmədən milyard doz istehsal etmək fikrindədir.

Shark Allies” – köpəkbalıqlarının müdafiəsi qrupunun hesablamalarına görə, dünyada bütün insanlara COVID-19 əleyhinə bir doza vaksin vurulması üçün ümumilikdə 250 min köpəkbalığının öldürülməsi tələb olunur. Əgər bir nəfərə iki doza lazım gələrsə, müvafiq rəqəm iki dəfə artacaq.

“GlaxoSmithKline” şirkətinin nümayəndəsi bildirib ki, təmsil etdiyi kompaniya ətraf mühitin mühafizəsi prinsiplərinə sadiqdir və alternativ xammal mənbələrindən istifadənin mümkünlüyünü öyrənir.

İyul ayında Böyük Britaniya hökumət COVID-9 əleyhinə 60 milyon doza vaksinin tədarükünə dair Fransanın “Sanofi”, habelə “GlaxoSmithKline” şirkəti ilə saziş bağlayıb. Bu şirkətlər aprel ayında koronavirus əleyhinə vaksinin hazırlanmasında umun səylərinin birləşdirəcəklərini elan ediblər.