“Covid-19”-un 20 trilyon dollarlıq bəlası

255

Bu bəlanın aradan qalxması üçün bütün dövlətlər yaxın iki ildə külli miqdarda vəsait xərcləməli olacaqlar

Koronavirus bəlası artıq iki ildir bütün dünyanı öz ağuşuna almaqla, dəhşətsaçan problemlərə səbəb olmuşdur. WRI (Dünya Ehtiyatları İnstitutu) rəhbərlərindən biri olan Andreu Steerinin açıqlamasına görə, son yüz ildə bu salğın (virus) iqtisadi baxımdan dünya dövlətlərini çökdürmək, kürəsəl (qlobal) ticarət üzərində nəzarətin təkələ (monopoliya) çevrilməsi ilə müşahidə olunur. Bu bəlanın aradan qalxması üçün bütün dövlətlər yaxın iki ildə toplam 20 trilyon dollar para xərcləməli olacaqlar.

Özəlliklə xidmət sektoru bu məsələdə daha çox zərər çəkəcək. Ona görə ki, yeni texnologiyalar tərəfdarları kürəsəl sərmayəyə sarsıdıcı zərbələr vururlar. Belə ki, yeni nəsil texnoloqlar elektrik enerjisi ilə çalışan sənaye məhsullarının təməlini qurublar. Ona görə də neft-qaz sektoru çökməyə başlayıb.

 Yeni enerji dönəmi nələri vəd edir

Kürəsəl sərmayəçilər faktiki olaraq ənənəvi xammal qaynaqlarını sömürməklə daha da zənginə çevrilməkdən məhrum qalmaq təhlükəsini yaşayırlar. Onlar yatırımlarını çox zaman vərdiş etdikləri xammal qaynaqlarını nəzərə alaraq addım atdırdılar. Bu dəfə isə, XXI yüzilin başlıca şərti və standartlarını gündəmə gətirən elektrikli sənaye haqqında çox da düşünmədilər. Artır həyatımızı əhatə edən avtomobillər, avtobuslar, digər daha çox işlədilən sahələr benzinlə deyil, elektrik enerjisi ilə çalışacaqlar. Bu da neft sektorunun çöküşü deməkdir. Neft sahəsində zəngin karbohidratlara malik olan qaynaqlara çox da ehtiyac qalmayacaq. Parafinli neft erası tamamilə iflasa uğrama sindromunu yaşamlı olacaq. Salğınla bağlı yaranmış problemlərin dərinləşməsi, bütün ölkələrdə xüsusi rejim qaydalarının tətbiq olunması, bu xəstəliyin hüdudlarının qarşısının alınması istənilən dövlət üçün əlavə xərcdir. Bununla yanaşı, istehsal vasitələrinin, xidmət sektorunun çöküşü həmin dövlətləri iflasa uğradan amillərdən birinə çevrilib. Beləliklə salğın bəlasından ən çox zərər görən şəhərlərin olması sübut etdi ki, nəhəng meqapolislərə ehtiyac olmayacaq. Bol oksigenli və başdan başa yaşıl ormanlıqlarla zəngin olan kiçik şəhərlərin təsnifatı önə sürülməlidir. Qısavədəli və uzunmüddətli istehsal vasitələrinin perspektivləri dəqiqliyinə kimi yeni qaydalarla hesablandıqca, şəhərləşmə və betonlaşma siyasətində dönüş nöqtələrinin planı rəsmi xarakter daşımayınca, salqın bəlası davam edəcək.

 Donald Tramp təşəkkür elan etdi

Salğının aradan qaldırılması üçün onun əlacının tapıldığı ilk dəfə ABŞ-da elan edildi. “Roche” şirkəti hətta iddia etdi ki, salğının aradan qaldırılması adına tapılan əlacın kütləvi istehsalına başlaya bilər. Bu bəyanatın ardından prezident Donald Tramp TV kanallara çıxaraq şirkətə təşəkkür elan etdi. Beləliklə dünya bazarına çıxş üçün 50 milyard dollar ayrılması barəsində qərar verəcəyini dedi. Salğından qurtulmağın yollarını arayan və inkişaf etməkdə olan ölkələr və üçüncü dünya dövlətləri dərhal ABŞ-a üz tutdular. Hətta ABŞ-ın əsas düşməni İran arabulucu şirkətlərini hərəkətə gətirdi. ABŞ salğınla mübarizə adı altında sanitar-epidomoloji dərmanların satışını ilk addım kimi önə çıxardı. Ona görə də, küçələr, meydanlar, məktəblər, xəstəxanalar, kilsələr-məscidlər, bir sözlə insanların daha sıx bulunduqları məkanların dizenfeksiya olunması yarışı başladı. Bütün dünya dizenfeksiya yarışına girişmişdi. Bu prosesin  qarşılığında ABŞ-ın büdcəsinə milyardlar axmağa başladı. Onkoloji xəstəliklərin daha da artması sonucunda xəstəxanalar dolub-daşdı. Bu da bir sıra dərmanların biznesinin çiçəklənməsinə yol açdı. Ən çox gəlirlər isə “Roche” şirkətinin hesabına axmağa başladı. D. Trampa qarşı olanların cəbhəsində duranlar açıq şəkildə onlara bağlı KİV-lərdə belə deyirdilər: “Roche” şirkəti 20 trilyon dollar qazanacaq”.

Əksər mütəxəssislərin fikrincə, salğın təhlükəsi ilə bağlı ən qorxulu informasiyaları bilincli (məqsəd) şəkildə “Dünya Səhiyyə Təşkilatı”yayırdı. Bu qədər panikanın yaradılması və idarə olunması zarafat deyildi. Milyonlarla insanlar bu qurumun açıqlamalarına güvənərək özlərini qorumaq instinki ilə hərəkət etməyə başladılar. “Roche” şirkət deyil, artıq yeni nəsil kürəsəlçi güclər üçün xüsusi “KASSA”ya çevrildi. Salğınla mübarizə üçün tələb olunan dizenfeksiya maddələri, dərmanlar, geyimlər, bu sahə ilə bağlı ayrıca çalışmaq istəyən şirkətlərə satılan dəzgahlar, xammal maddələri milyardlarla dollar əlavə qazanca çevrildi.

 “Covid-19” kassasının gəlir qaynaqları

“Roche” şirkəti “Covid-19” bəlasından qurtulmanın düsturunu bu olay öncəsindən hesablamış və dünyanın əksər dövlətlərini şirkətin təklif etdiyi standartlara uyğun  addımlar atıbdır. Beləliklə də şirkətin istehsalı olan və “Covid-19”-la mübarizədə tələb olunan cihazların, dəzgahların və digər zəruri məhsulların alışına məcbur ediliblər. Bu siyasi termin olaraq “virus əməliyyatı” adlandırılır. Çünki, dövlətləri iqtisadi baxımdan çökdürmək və asılı duruma sürükləmək, sosial dövlət siyasəti modelinə zərbələr vurmaqla yenidən ilkin “yırtıcı kapitalizm” qaydalarının şərtlərinə məcbur etmək kimi hədəflər “Roche” və onun çevrəsindəki şəbəkələrin strateji hədəfinə çevrilib. İlk addım kimi Avropada İtaliya və İspaniyanı, Asiyada İran və Çini hədəf  seçdilər. Bunun ardınca “Dünya Səhiyyə Təşkilatı” dərhal hərəkətə keçərək “Roche” tərəfindən təqdim olunan layihələri gündəmə gətirdi. Beləcə “Roche”nin hədəfindəki 20 trilyon dolları qazanmaq imkanlarına geniş üfüqlər açıldı. Bu məqsədlə Dünya “Təbii Ehtiyatlar İnstitutu” (WRI) idarə heyətinin üzvü Andrey Steer “Roche” şirkətinin hədəflərini belə açıqlayıb: “Dünyanın normal düzənə geri dönməsi üçün iki ilə 20 trilyon dollar həcmində büdcə xərcləri tələb olunacaq. Beləliklə də təbii ehtiyatların  keçmişdəki kimi iqtisadiyyatın çökməsi həm də iri şəhərlərdəki nəhəng sənayelərə də zərbə olacaq. Son 100 ildə iri şəhərlərin avtomobil və texnologiyalarla təchizatı əlavə problemlərə səbəb olub. Bütün bunların dəyişməsinə ehtiyac var. Yaxın gələcək 10 ildə sıfr karbonlu daşıyıcı əmsala malik elektrikli, avtonomlu və paylaşım düzənində olduqca normallaşamaya səbəb olacaqdır.

Salğınla (virus) bağlı mütəxəssislərin fikrincə, iri şəhərlədə xəstəliyin göstəriciləri ən üstün səviyyəyə qalxmasının səbəblərindən biri də, iqlim dəyişikliyi ilə yanaşı, həm də pandeminin daha sürətlə yayılmasıdır. Nəqliyyat, depolama və paylaşım sektorunda həyat şərtlərinin fərqli məcrada qorunub saxlanılması böyük mücadiləyə səbəb olub. Bütün bunların açıq görünməsə də gizli tərəfində duran tək şirkət “Roche”-dir.

 Qlobal infliasiyanın 2008-ci ildən başlanılan hədəfləri      

Beynəlxalq Enerji Agentliyinin (IEA) Türkiyə üzrə təmsilçisi Fatih Birol pandemi ilə mübarizəyə çəkilən  xərclərlə bağlı bunları açıqlamaq zorunda qalıb: “Salğının təsirini aradan qaldırmaq üçün iqtisadi baxımdan 20 trilyon para xərclənməlidir. 2020-ci ilin avqust ayına qədər iqtisadi baxımdan dünya dövlətləri 9.5 trilyon dollar vəsait xərcləyib. İlin sonuna kimi bu rəqəm 20 trilyona dollara çatacaq. Belə olmasa, salğının müddəti daha da uzanacaq. 2008-ci ildə enerji istehsalı ilə bağlı yaşanılan iqtisadi böhran dönəmində koronavirus (Covid-19) yeni tip salğının 7 dəfədən çox təsirini göstərəcəyi gözlənilən proqnozlardan biri idi. Dünya dövlətlərinin ən böyük başağrısı öncəliklə səhiyyə və iqtisadi baxımdan ciddi maliyyə xərclərinin ola biləcəyini hesablamışdılar”.

Salqınla bağlı araşdırma aparan iqtisadçıların fikrincə isə, “Ümumdünya Maliyyə Fondu” (IMF) ilə ortaq çalışmlara üz tutulmasa, heç bir dövlət düşmüş olduğu bu bəladan çətinliklə qurtula bilməz. Çünki iqtisadi inkişaf planları tamamilə yeni bir məcrada inkişaf etdirilməlidir: “Enerji siyasəti, hökumətlər tərəfindən inkişaf paketinin necə hazırlanması və inteqrasiyaya üz tutmaqla inkişaf təklifləri ortaya qoyulmalıdır. Belə olduğu təqdirdə kütləvi işsizlik azalacaq və emisiyaların artımı sürətlə enəcək. Enerji siyasəti, özəlliklə külək və günəş enerjisi sektorunun iqtisadi baxımdan vüsət götürməsi emisiyanı endirməyə yardımçı ola biləcəkdir”.

İndiki məqamda eletrik enerjisi sektorunun salğınla bağlı təsir altına düşməsi yeni bir hətəkətlənmələrə səbəb olacaq. Bu qara tablonun içindəki hiss ediləcək işıq nöqtəsi enerji sektorunun hələ də dirəniş göstərdiyinə əyani sübutdur. Çünki göstərilən xəfif də olsa qlobal maliyyə böhranı bu sektoru nəzarətdə saxlaya bilmədi.

 Küləklə bu nöqtəyə gəlmək bir yuxu idi

“Avropa Külək Enerjisi Birliyi (WindEurope) təşkilatının rəhbərlərindən Giles Dickson açıqlama verərək belə deyib: “Salğınla mübarizədə enerji istehsalçıları ilə yaranmış problemləri vaxtında anlaşaraq həll etmək çətin başa gəldi. Külək enerjisi stansiyaları salğının gündəmə gətirdiyi bəlalara baxmayaraq, dayanmadan işlərini davam etdirdilər. Elektrik enerjisi istehsalında xeyli uğurlara imza atdılar. Ancaq bir sıra cəhdlərimzə baxmayaraq, salğın bizə öz təsirini göstərdi. Durumun belə davam etməsi bir sıra dövlətlərin iqtisadi baxımdan tamamilə çökməsinə səbəb olacağı artıq göz önündədir”.

İri şirkətlərin özəlləşdirilməsi və ən çox vergi ödəyicisi statusunu əldə etməsi çətin və iqtisadi baxımdan baha başa gələn bir prosesdir. Faktiki olaraq, inkişaf etmiş ölkələr nəhəng şirkətlərin özəlləşdirilməsi kimi ağrılı mərhələni yaşamaq zorunda qalıblar. Özəlliklə də enerji sektorunda. “Covid-19”-un meydana gəlməsi bir yandan qloballizm mənasında bir sıra şirkətləri daha da zəngin olmalarına imkan yaradırsa, bir yandan da iri dövlət şirkətlərinin necə özəlləşdirilcəyi problemlərinin bağlı qapılar arxasında keçən qızğın müzakirələri gündəmə gətirib. İndiki məqamda əsasən görünən odur ki, mövcud problemlərdən külli miqdarda gəlir əldə edən, salqınla mübarizə şirkətləridir.

Bu siyahıda “Roche” şirkətinin alternativi olmadı. Salğınla bağlı tələb olunan dəzgah, əlac və digər minlərlə vəsaitlər bu şirkətin vasitəsilə dünya bazarını ələ almış oldu. 20 trilyon dollarlıq gəliri əldə etmək üçün iki ildir dünya dövlətləri bu ağrılı və sancılı dönəmi yaşamaq zorunda qalıbdır. Öncələrdə iri şirkətlər nəhəng neft-qaz, mis-qızıl və sair yataqları ələ keçirmək üçün mübarizə aparırdılar. Sonradan silah sənayesinə üz tutdular. Qanlı savaşlarda xalqlararası və dövlətlərarası, təriqətlər və dinlərarası ədavətin qızışdırılması sayəsində milyardlar və ya trilyonlar həmin nəhəng şirkətlərin kassasına sel kimi axırdı. Sonra narkotik maddələrin dövriyyəsi, insan orqanlarının transplantasiyası gündəmə gətirldi. Artıq bu mərhələnin də sonunun gəldiyini görən nəhəng şirkətlər “Covid-19” salğınını işə saldılar. Çünki, onları tək ilgiləndirən dünya bazarına sahib olmaq, dövriyyə edən maliyyə resurslarını asılı vəziyyətə salmaq və təkqütblü idarəetmə sisteminin düsturlarına don geyindiriıməsini rəsmiləşdirməkdir.

Bu gün proqnozlaşdırılan 20 trilyon dollarlıq qazancın əldə olub-olmamasını kimsə bilmir. Çünki rəsmi hesabat yoxdur. Ona görə də salqın bəlası davam edir.

Ənvər BÖRÜSOY