COVID-19 testlərinin MAYA DƏYƏRİ AÇIQLANDI

153

Hazırda 25-ə yaxın laboratoriyada COVID 19 testlərinin analizi həyata keçirilməkdədir.

Bunu TƏBİB-in İdarə Heyətinin Sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

“Test ehtiyatımız kifayət qədərdir. Testlər çox açıq və şəffaf qaydada, tender əsasında həyata keçirilir. Ölkəmizə gətirilən testlər Almaniya istehsalıdır və tam avtomatlaşdırılmış şəkildə icra olunur”.

O bildirib ki, testin maya dəyəri 40 manatdır və buraya tibb heyətinin xidməti daxil deyil. \\Teleqraf