Covid-19-dan ən yüksək ölüm Asiya əhalisi arasında qeydə alınıb

273

Nə üçün koronavirus hər insan orqanizmində fərqli reaksiya verir? Niyə simptomların ağırlığı fərqli olur?

Niyə bəzi insanlar kovid-19-a asanlıqla dözür, bəziləri dözmür? Nə üçün infeksiya hətta gənc və sağlam insanların həyatını aldı? Bəzi insanlarda ciddi fəsadların başqalarına nisbətən daha çox olması ehtimalı həqiqətə uyğundurmu? Cavab virusda deyil, bədənimizdə, daha doğrusu genlərimizdə ola bilər.

Ən sadə cavab belə olardı: genetika kovid-19 koronavirus infeksiyasının ağırlığına təsir edir.

Genomik Project Layihəsi 2013-cü ildə İngiltərənin Səhiyyə və Sosial Müdafiə Nazirliyi tərəfindən qurulmuşdur. O, ehtiyacı olan hər kəsə gələcəkdə genetik sağlamlıq xidməti göstərməyə qapı açmaqdan ötrü daha çox araşdırma üçün 100.000 genom toplamağı planlaşdırır. Genomic Layihəsi İngiltərədəki təxminən 200 reanimasiya şöbəsindən kovid-19 xəstəsindən DNT nümunələrini araşdırdı. Tədqiqatçılar bu nümunələri sağlam insanlardan alınan nümunələrlə müqayisə etdilər və ağır kovid-19 riski ilə bağlı genlər tapdılar.

TYK2 genində fərqlər tapıldı. Koronavirus, bədənin infeksiyalarla mübarizəsinə mane olan və insanın tənəffüs sisteminə daxil olan immunitet reaksiyasına səbəb ola bilər.

IFNAR2 və DPP9 genlərində də genetik fərqlər müşahidə edilmişdir. Alimlər düşünürlər ki, bu fərqlər koronavirus xəstələrinin bədənində interferon çatışmazlığının səbəbi olur. İnterferon insan orqanizmindəki viral infeksiyaya cavab olaraq immunitet sistemi tərəfindən ifraz olunan maddədir. Virusa təkrar yoluxmanın qarşısını alan OAS genində də fərqlər aşkarlanıb.

3-cü xromosom

Nature jurnalında yayımlanan başqa bir araşdırmada, kovid-19-da tənəffüs çatışmazlığının tətikləyən genlərin 3-cü xromosomda toplandığı barədə bildirildi. Ümumilikdə, araşdırmada koronavirus infeksiyası olan 3 mindən çox xəstə iştirak etdi.

Covid-19 və qan qrupu əlaqəsi

Alimlər koronavirus infeksiyasının ağırlığı ilə ABO qan qruplarını təşkil edən bir sıra genlərin aid olduğu 9-cu xromosom arasındakı əlaqəni təsdiqlədilər. Araşdırmalar ikinci qan qrupu olan insanların ağırlaşmalar və tənəffüs çatışmazlığına yoluxma ehtimalının daha yüksək olduğunu göstərdi. Koronavirusa yoluxma riski ən az olan insanlar birinci qan qrupuna aid  olan insanlardır.

Covid-19 və cins

Fransız tədqiqatçılar reanimasiyaya qəbul edilən kovid-19 xəstələrin% 73’ünün kişilər olduğunu bildirdi. Onlae genetik faktora görə qadınlardan daha çox koronavirüsdən əziyyət çəkirlər. Bədəndə viral aktivliyin detektoru kimi işləyən TLR7 geni X xromosomunda yerləşir və qadınlarda iki X xromosomu olduğundan, iki TLR7 geni də var. Bu, qadın immunitet sistemini koronavirusla mübarizədə kişidən daha təsirli edir.

Covid-19 və irq

Statistik məlumatlar göstərir ki, zəncilər və Asiya mənşəli insanlar arasında koronavirus yoluxmasının sayı ağlardan daha yüksəkdir. Kovid-19-dan ən yüksək ölüm nisbəti Asiya əhalisi arasında qeydə alınıb.

Bu da sual doğurur: qara və Asiya əhalisi arasında koronavirus xəstəliyinin artmasına səbəb yaşayış şəraitidir – insanların daha çox sıxlıqda və aşağı sosial-iqtisadi səviyyədə yaşaması, yoxsa koronavirus bəzi irqlərə digərlərindən daha çox həssassdır?

Tədqiqatçılar bu suala geniş meta-analizlər apararaq cavab verməyə çalışdılar. Nəticədə, Afrika, Asiya və İspan mənşəli insanların covid-19-a yoluxma riskinin xeyli yüksək olduğu qənaətinə gəldilər.

Amerikalı alimlər də eyni nəticəyə gəldilər. İspanların digər xalqlardan daha çox covid-19 ağır fəsadlarından əziyyət çəkdiklərini bildirdilər. Tədqiqatçılar bunu koronavirusa həssasslığın sosial-iqtisadi amillər, yaşayış şərtləri və ya xroniki xəstəliklərlə əlaqəli olmadığından əmin olduqdan sonra bildirdilər.

Elm adamları hələ də genetikanın koronavirusun fərqli-seçmə davranışının sirrini çözməsinə kömək edərək bu problemin öhdəsindən gəlməyə çalışırlar.
Tərcümə etdi: Ülviyyə Şükürova