Corc Floydun qətlə yetirildiyi ştatda küçələrə çıxmaq qadağan edildi

33

Hurriyyet.org xəbər verir ki, ABŞ-da qaradərili vətəndaş Corc Floydun polis tərəfindən qətlə yetirildiyi Minneapolis ştatında müəyyən saatlarda küçəyə çıxmaq qadağan edilib.  Qatil polis məmurlarına etiraz məqsədilə davam edən etirazları nəzarətdə saxlamaq məqsədilə ştatın qubernatoru Cakob Frey saat 20.00-dan səhər saat 06.00-a qədər əhalinin küçələrə çıxmasını qadağan edən qərar verib.

Bələdiyyə rəhbərliyinin ofisinin açıqlamasında nümayişçilərin gecənin qaranlığından istifadə edərək oğurluq və xuliqanlıq eləməsinin qarşısını almaq məqsədilə belə qərar verdiyi bildirilir.

Xəbər verdiyimiz kimi, dünən ABŞ prezidenti D.Tramp Minneapolis ştatının rəhbərliyinə nümayişləri nəzarət altına almağı tapşırmışdı: https://www.hurriyyet.org/xeber/silahlar-isə-dusəcək-tramp-təhdid-etdi/?fbclid=IwAR3Nc8bu-27dzNK-PXOqsEmVxzQjSX_ILL5bVq-DBEknvxuosvnQdect5uU.

Hurriyyet.org