Conson İranı İTTİHAM ETDİ

    24

    Rəsmi London İran dövlətini Səudiyyə Ərəbistanının neftayırma zavodlarına hücum eləməkdə ittiham edir

    Hurriyyet.org xəbər verir ki, Britaniyanın baş naziri Boris Conson İranı Sudiyyə Ərəbistanının neftayırma zavodlarına hücum eləməkdə günahlandırıb.

    Conson deyib: “Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumların arxasında İran durur”.

    Tehran isə iddiaları rədd edir.

    Xəbər verdiyimiz kimi, sentyabrın 14-də Husilər dronlar vasitəsi ilə Səudiyyə Ərəbistanının “Aramco” milli neft şirkətinə məxsus müəssislələrə hücum ediblər.

    Hurriyyet.org