Con Bolton məxfi informasiyanı yaydığına görə həbs edilə bilər

72

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton öz memuarlarında dövlət üçün məxfi sayılan informaisyanı açıqladığı üçün istintaqa cəlb edilə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyində (həm də baş prokurorluq-red.) Con Boltonun “Hadisənin baş verdiyi otaq” adlı kitabına görə cinayət işi açılıb.
Həmin kitabda Donald Tramp geopolitik faktorlardan başı çıxmayan prezident kimi təsvir olunur. Bundan başqa, Con Bolton Donald Trampın bütün qərarlarını yenidən prezident seçilmək arzusu ilə verdiyini bildirib.

Ədliyyə Nazirliyi kitabın dərc olunmazdan əvvəl milli təhlükəsizliyin qoruması ilə əlaqədar müvafiq strukturların nəzarətindən keçib-keçmədiyini öyrənmək istəyir.

Bunun üçün tərtib edilən Böyük münsiflər heyəti kitabın naşiri “Simon & Schuster” şirkətini, habelə, Con Boltonun maraqlarını təmsil edən “Javelin Agensy” firmasının nümayəndələrini dinləyəcək.
Keçmiş müşavirin vəkili Çarlz Kuper müvəkkilinin hüquq-mühafizə orqanları ilə əməkdaşlığa getməyə hazır olduğunu, habelə, heç bir qanuna zidd əməl törətmədiyini bildirib.