Çoban Xanışın şəhid nəvələri: Elgün və Altay qardaşları – FOTO

396

44 günlük Vətən müharibəsində şəhid əsgər və zabitlərmiz adlarını ən yeni tarixə qızıl hərflərlə yazdırdı.

Modern.az-ın məlumatına görə, onlardan ikisi də Lerikdən olan, bir vaxtlar ümummilli lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan, “çoban Xanış” kimi tanınan mərhum Xanış Şahıyevin nəvələri Elgün və Altay qardaşlarıdır.

Müharibənin ilk günlərindən döyüşən qardaşlar fəallıqları ilə seçiliblər. Müharibədə şücaət göstərək şəhid adını qardaşlardan ilk Elgün alıb. O, sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Elgün həm də İkinci Qarabağ müharibəsində Lerikin ilk şəhidi olub.

Müddətdən artıq hərbi xidmət edən, 20 yaşlı Altay qardaşının şəhid olduğunu eşitsə də, döyüş yoldaşlarını tək qoymamaq üçün Elgünün dəfnində iştirak etməyib.

Ona dəfn üçün məzuniyyət versələr də, o, bu təklifdən imtina edib.

Qardaşının ölümündən bir ay sonra, Altay özü də şəhidlik zirvəsinə ucalıb. O, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Hər iki qardaş Lerikdə yan-yana dəfn olunublar.

Çoban Xanışın şəhid nəvələri: Elgün və Altay qardaşları (FOTO) - Gallery Image Çoban Xanışın şəhid nəvələri: Elgün və Altay qardaşları (FOTO) - Gallery Image