Co Bayden rekord həddə ianə toplayıb

42

ABŞ-da bu il keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi olan Co Bayden seçki kampaniyası üçün ötən gün ərzində 26 milyon ABŞ dolları ianə toplayıb.

“Report” AP-yə istinadən xəbər verir ki, rekord göstərici olan bu ianə artımının Bayden tərəfindən ötən gün Kaliforniyadan olan senator Kəmalə Harrisi vitse-prezidentliyə namizəd olaraq irəli sürməsİ ilə əlaqələndirilir.

2010-2017-ci illərdə Kaliforniyanın Baş Prokuroru işləmiş, 2016-cı ildə isə Senata seçilmiş 55 yaşlı K.Harris ABŞ vitse-prezidentliyinə namizədliyi irəli sürülmüş ilk qaradərili xanımdır. Demokratların çoxdandır əsas maliyyə bazası olaraq bilinən Kaliforniyadan olan K.Harrisin həm də Asiya mənşəli olduğu üçün Demokrat Partiyasına böyük maliyyə və siyasi dividentlər qazandıracağı güman edilir.