Co Bayden: “Ermənistan Qarabağ ətrafındakı rayonları qaytarmalıdır”

117

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti postuna Demokratlar Partiyasından olan namizəd Co Bayden deyib: “10 oktyabr tarixində əldə edilmiş atəşkəs rejiminin pozulması və Dağlıq Qarabağ ətrafında döyüşlərin bərpa edilməsi məni dərindən narahat edir. Dronlar, minaatanlar və uzaqvuran artilleriya hər iki tərəfdən yüzlərlə insanın həyatına son qoyur. Trampın arministrasiyası Azərbaycana bildirməlidir ki, münaqişənin hərbi yolla hərbinə razı ola bilməz. Ermənistan da bilməlidir ki, Dağlıq Qarabağın ətrafındakı rayonlar daima işğal altında qala bilməz və atəşkəs əldə edildikdən sonra münaqişənin uzunmüddətli həlli üçün etimad doğuran danışıqlar başlanmalıdır”.

Demokratların namizədinin fikrincə, Tramp administrasiyası Türkiyə ilə İranı münaqişəyə müdaxilə eləməyə çağırmalıdır. “Diplomatik həll yoluna nail olmaq asan deyil, lakin Tramp administrasiyası buna cəhd göstərməlidir. Nə qədər ki, daha çox insan ölümü baş verməyib, münaqişə həll olunmayıb, tələsmək lazımdır”.