Co Bayden 4 gündə 70 milyon dollar toplaya bilib

39

ABŞ Demokrat partiyasının prezidentliyə vahid namizədi Cozef Bayden öz seçki kampaniyasına könüllü donorlardan 70 milyon dollar pul cəlb edə bilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə CNN telekanalının materialında bildirilir.

Hələ ötən həftə Cozef Bayden Kaliforniya ştatından olan, senator Kamala Harrisi vitse-prezident kimi özünə tərəfdaş seçən zaman 2 günə 48 milyon dollar pul toplaya bilmişdi.

Demokratların milli qurultayı sonrasında belə bir böyük məbləğdə maliyyə yarıdmı qazanması Bayden və onun komandası üçün ciddi uğur sayıla bilər.

Qeyd etmək lazımdır ki, pandemiya ilə əlaədar əvvəlki dövrlərdə olduğu kimi qurultay yüksək qələbəlik və coşğu ilə keçirilməsə də televiziyadan ona baxış sayısının çoxluğu diqqəti çəkir. ABŞ mətbuaıtnın məlumatına görə, quurltayı 122 milyon insan izləyib ki, onu 85 milyonu teletamaşaçıların, 35,5 milyonu isə internet istifadəçilərinin payına düşür.

Musavat.com