CƏNUBİ KİPR TƏLAŞ İÇƏRİSİNDƏ – “TÜRKİYƏNİ DAYANDIRIN”

    6

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin Aralıq dənizindəki təbii qaz axtarışı işlərinə müdaxilə eləməsindən sonra Cənubi Kipr lideri Nikos Anastasiadis Avropa İttifaqının Qərbi Balkan ölkələri sammitində çıxış edərək Türkiyədən şikayət edib və deyib: “Türkiyənin zaminliyinə son qoyulmalıdır”.

    Nikos Anastasiadis deyib: “Türkiyə kimi ölkələr azlıqların qorunması bəhanəsi ilə əslində bölgədəki sabitliyi təhdid edirlər. Vəziyyəti təlaşla izləyirik və xüsusilə də Türkiyə kimi bəzi dövlətlərin oynamağa çalışdıqları rolu və bu rolun Qərbi Balkan ölkələri ilə geniş bir region üçün sabitliyə nə dərəcədə zərərli ola biləcəyini göstərmək bizim borcumuzdur”.

    Hurriyyet.org