Cinsi azlıqları müdafiə edənlər çoxalmasının səbəbi – təhlükə, yoxsa…

15

Azərbaycanın ictimai-siyasi sektorunda, həmçinin müxalif düşərgədə cinsi azlıqları müdafiə edənlər son zamanlar çoxalıb. Bu son günlər Milli Şuranın məlum iclasında azlıqlarla bağlı çıxışlardan sonra sosial şəbəkələrdə gedən müzakirələrdə açıq şəkildə görünür.

Həmin iclasda cinsi azlıqları ələ salan fikirlərə yol verilib. Sonradan Milli Şura təmsilçiləri üzr istəməyə belə məcbur oldular.

Belə iddialar var ki, Qərbin xoşuna gəlmək üçün bəzi qüvvələr cinsi azlıqları müdafiə edirlər. Hətta Avropadan qrantlar almaq üçün bəzilərinin bir növ “ağalarının xoşuna gəlmək” məqsədi ilə bu cür müdafiə xarakterli mövqelər sərgilədiyi ehtimal olunur.

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”da kifayət qədər sərt mövqe sərgilədi: “Bu məsələ Azərbaycana yaddır. Milli-mənəvi, dini dəyərlərimizə heç bir halda xas deyil. Nəinki bu Azərbaycana, insan xislətinə yad bir mövzudur. Belə mövzuların xüsusi olaraq qabardılmasının səbəbi heç kəsə sirr deyil. Dünyada bəlli dairələr var ki, məhz bu məsələlərin qabardılmasının, önə gətirilməsinin tərəfdarıdır. Bu qüvvələr nəinki Azərbaycanda, dünyanın bir çox dövlətlərində belə işlərlə məşğuldurlar. Təəssüflə qeyd etməliyik ki, həmin beynəlxalq güclərin bu yöndəki təzyiqləri, təsirləri ölkəmizə də gəlib çatıb.

Tural Abbaslı: “Əli İnsanovu çağırıb başda otuzdurur, hələ utanmaz ...

Tural Abbaslı: “Qapalı iclasda cinsi azlıqların əleyhinə danışırlar, üzdə isə…”

Diqqət edin, həmin iclasda adı hallanan heç bir təşkilatdan, ictimai-siyasi şəxsdən üzr istəmirlər, hətta xalqı təhqir edirlər. Amma cinsi azlıqlar məsələsində məhz üzr istəyirlər. Bu onların kimdən dəstək gözlədiklərinin, kimə ümid etdiklərinin göstəricisidir. Biz əgər xalqdan səs, güc istəyiriksə, xalqın xoşuna gəlməyə, onun ayağına getməyə, həssasiyyətini diqqətə almağa çalışacağıq. Bunu da edirik. Yəqin ki, bu adamlar qazanmağa çalışdıqları Qərbin, Avropanın liberal dairələrinin, bəzi dövlətlərin xoşuna gəlmək üçün belə edirlər, mövqelərini bu cür sərgiləyirlər. Bütün Azərbaycanda belə fikir formalaşıb ki, necə olur qapalı iclasda cinsi azlıqların əleyhinə danışırlar, amma üzdə onları dəstəklədiklərini deyirlər. Bu həm də onların qeyri-səmimiliyindən xəbər verir. Sən əgər qapalı iclasda bunlara lağ edirsənsə, demək mövqeyin belədir, sadəcə bunu ictimai şəkildə ictimailəşdirməkdən çəkinirsən. Demək ki, onlar xalqdan yox, başqa dairələrdən dəstək gözləyirlər. Bu məsələ bizim partiya üçün qırmızı xətlərdəndir. Bizim üçün milli-mənəvi dəyərlərimiz daha önəmlidir, nəinki hakimiyyətə gəlmək”.

Sərdar Cəlaloğlu: “Bu hüquqlar konstitusiyada öz əksini tapıb”

Sərdar Cəlaloğlu: "Qurban Məmmədov İsgəndər Həmidovu, İsgəndər ...

ADP sədri Sərdar Cəlaloğlu: “Burada söhbət hüquqlardan gedir, ayrı-ayrı fərdlərin fəaliyyətindən deyil. Bu hüquqlar konstitusiyada öz əksini tapıb. Yəqin ki, onlar bu mənada belə deyirlər”.

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı tamamilə fərqli mövqedən çıxış etdi: “Azərbaycana qrantların gəlişinin qarşısı 2013-cü ilin sonundan kəsilib. İndi qrant almaq elə də asan məsələ deyil. Dövlətin apardığı siyasət nəticəsində Qərbdən qrant almaq çox mürəkkəb bir prosesə çevrilib. Əgər dövlət razılıq verməsə, demək olar ki, qrant almaq mümkünsüzdür. Hətta pul sizin hesaba köçürülə bilər, amma onu realizə etmək üçün Ədliyyə Nazirliyindən bildiriş almalısan. Ona görə açıq şəkildə qrant almağın arxasına çox adamın düşdüyünə inanmıram. Qərbin özündə zamanında cinsi azlıqlara qarşı kifayət qədər böyük basqılar olub, həm kilsə, həm müxtəlif diktatorlar, həm də mental xüsusiyyətləri özlərinə sipər etmiş mühafizəkar cəmiyyətlər tərəfindən. Orada da bu cərəyanı müdafiə edənlər günü-gündən artmağa başlayıb. Nəticədə təbii olaraq, o insanların da vətəndaş olduğu önə çəkilərək zamanla bu yerə gəlib çıxıb. Biz bir şeyi unutmamalıyıq ki, təbii proseslər Qərbdə necə gedirsə, Şərqdə də gedəcək. Əminliklə deyirəm ki, bu gün ərəb dünyasında, o cümlədən, Türkiyə və Azərbaycanda baş verənlər zamanla Qərbdə yaşanan proseslərdir.

Oxu.az - Ramin Hacılıya hökm oxundu

Ramin Hacılı: “Bu məsələni gündəmdən çıxarmağın yolu o insanlara qarışmamaqdan keçir”

Bu gün kimsə deyir ki, Suriyada baş verən vətəndaş müharibəsini və digər halları kimsə edir? Haqlı olaraq bir sual yaranır. Bir zamanlar Qərbdə bu cür hadisələr yaşananda onu kim edirdi? Bunlar təbii proseslərdir. Cəmiyyət özünə gələnə, dəyərlər formalaşana qədər bu cür davalar yaşanır. Bu gün LGBT hüquqları ilə bağlı mövqeyim ondan ibarətdir ki, o insanlara qarşı olan diskriminasiya heç bir cəmiyyətə uğur gətirməyib. Onları məhvetmə siyasəti nəticə verməyib. O insanları boş buraxmaq lazımdır. Onların cinsiyyəti ilə maraqlanmaq lazım deyil. Bu onların şəxsi həyatıdır. Şəxsi həyata müdaxilə yolverilməzdir. Buna hüquq da icazə vermir. Azərbaycanın qəbul etdiyi konvensiyalar, qanunlar da buna icazə vermir. Bütün bu konvensiyalara, qanunlara hörmətlə yanaşmalıyıq, həm dövlət, həm də vətəndaşlar olaraq. Biz başqa bir qanun qəbul edib, başqa bir ritorika ilə danışsaq, düzgün olmur.

Siz təsəvvür edin ki, biz cinsi azlıqlar barədə qanunlar qəbul etmişik, amma ona əməl etmirik. Bu o deməkdir ki, biz artıq bir qanunu pozduq. Düşünən kəsimin burada konkret mövqe ortalığa qoyması çox şeydən xəbər verir. Bir cəmiyyətin öndə gedən ziyalıları, aydınları dünyəvi dəyərləri, demokratik prinsipləri özlərinə dəyər seçənləri bu məsələdə konkret mövqe nümayiş etdirməklə ölkənin gələcəyi ilə bağlı bir sülh arzusundadırlar. Bunu yüksək qiymətləndirmək lazımdır. Hər bir dövlət bütün vətəndaşlarına sahib çıxmalıdır. Eyni zamanda, hər bir vətəndaş da bütün həmvətənlərinə sahib çıxmağı bacarmalıdır. Onların üzərlərinə nə qədər gedilsə, o qədər gündəmə gələcəklər. Nəticədə bizim ölkənin gündəmində bu tipli mövzular olacaq. Bu məsələni gündəmdən çıxarmağın yolu o insanlara qarışmamaqdan keçir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”