Çinlilər hind əsgərlərini mismarlı dəyənəklərlə öldürübmüşlər!

33

Hurriyyet.org xəbər verir ki, 20 nəfər hind əsgərinin öldürüldüyü, 43 nəfərin isə yaralandığı, Çinlə Hindistan arasında ötən günlərdə baş vermiş gərginliklə bağlı yeni faktlar bəlli olub. Hindistan tərəfi bu gün çinlilərin istifadə elədikləri mismarlı dəyənəklərin təsvirini mediada yayıb.

Çinli əsgərlərin mismarlı dəyənəklərə hücum elədiyini və bir çox hərbçilərinin üzərinə daşlar atdığını bildirən Hindistan tərəfi çox sayda əsgərin bədən üzvlərinin zədələnərək kəsildiyini bildirib.

Çin məsələ ilə bağlı açıqlama verməyib.

Hurriyyet.org