Çinli mütəxəssis xəbərdarlıq etdi! – Hər şeyə rəğmən it əti festivalı keçirilir!

132

Hurriyyet.org xəbər verir ki, yeni tipli koronavirus xəstəliyinin ilk çıxdığı yer olan Çindən dünyanı hiddətləndirəcək xəbər gəlib. Bütün dünyadakı etirazlara rəğmən, Çində artıq 10 gün davam edəcək it əti festivalı başlayıb.

Heyvan hüquqları müdafiəçisi, çinli mütəxəssis Peter Li it ətinin yeni xəstəliklərin səbəb ola biləcəyini, sağlamlıq riskləri yarada biləcəyini bildirib. Çinin dörd bir tərəfindən ticarətçilər ət bazarında it və pişik əti satmaq üçün Yulin şəhərinə yollanıblar. Li, Çində it əti ticarətini qadağan etdirmək üçün qanuni tənzimlənməyə ehtiyac olduğunu qeyd edib.

Çində it ətinin ticarət dövriyyəsinin 12,3 milyon dollar təşkil elədiyi bildirilir.

Hurriyyet.org