Çinli jurnalist”: “Çin bu münaqişədə Azərbaycanı dəstəkləməlidir”

84
Çin Azərbaycanı dəstəkləyərək ərazi bötüvlüyünün bütün ölkələr üçün qırmızı xətt olduğunu göstərə, bununla da xarici dövlətlərlə əməkdaşlıq edən Tayvan separatçılarına xəbərdarlıq edə bilər

Honkonqda fəalyyət göstərən ingilisdilli “South China Morning Post” qəzetində Azərbaycan və Ermənistan arasında münaqişə ilə bağlı maraqlı yazı dərc olunub. Yazı müəllifi Skarlet Ma Çin dövlətinin öz daxili prblemlərini də nəzərə alaraq problemə baxış bucağını dəyişdirməli və Azərbaycanın yanında durmalı olduğunu düşünür.

Musavat.com həmin yazını təqdim edir.

Müəllif Skarlett Ma yazısında analitik Daniel Boçkovun “Azərbaycan və Ermənistan toqquşmasında Çin harda yer almalıdır” adlı məqaləsindən iqtibas gətirib.

“Cənab Boçkov ÇXR-in Azərbaycan və Ermənistan arasında çıxan münaqişədə bitərəf qalacağını bildirib. Mən isə Çinin bu məsələdə neytral mövqedə qalmayacağına ümid bəsləyirəm”,-deyə xanım Ma yazıb.

“İki Qafqaz dövlət arasında ziddiyyət artıq dördüncü onilliyə qədəm qoyur. 1980-ci illərin sonunda Sovet İttifaqı dağılanda öz ərazisini genişləndirmək istəyən erməni millətçiləri Azərbaycan ərazisinə qəsd həyata keçirib. Qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı marionet rejimi isə Yaponiya Çinin şimal-şərqində 1931-1945-ci illərdə yaratdığı oyuncaq “Mançjou-qo” adlı qurumla müqayisə etmək olar. 1990-cı illərdə baş verən Qarabağ müharibəsində Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib və 1 milyon günahsız insanı öz yurdlarından zorla çıxarıb”,-deyə müəllif məqalədə tarixi ekskurs aparıb.

“Azərbaycanı dəstəkləmək əslində ədalətin yanında olmaqdır. Tarixi fonu da nəzərə alaraq Çin Azərbaycanla həmrəylik nümayiş etdirməli və iki səbəbə görə Ermənistanın hərəkətlərini pisləməlidir:

Hər şeydən əvvəl bir qlobal güc olaraq və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çin xarici müdaxilənin nə dərəcədə ağrılı olduğunu bildiyi üçün beynəlxalq hüququn normalarını mühafizə etməlidir. İndi Çin sadəcə iqtisadi maraqlarından irəli gələrək öz vəzifəsini icra etməsə bu onun beynəlxalq reputasiyasını ciddi şəkildə zədələyəcək.

Bundan başqa, Çinin Azərbaycana dəstəyi əcnəbi ölkələrlə əməkdaşlığa gedən tayvan separatçılarına da xəbərdarlıq səciyyəsi daşımalıdır. Çünki Çin də Azərbaycan kimi bənzər problemlə üzləşib: Qarabağ separaçtıları kimi Tayvanın bəzi siyasətçiləri xarici dövlətlərin onların rejimini qoruya biləcəyini düşünür. Beləliklə, Azərbaycanı dəstəkləməklə Çin əslində ərazi bötüvlüyünün bütün tərəflər üçün qırmızı xətt olduğunu və bunun Sessesiya (ayrılma-red.) əleyhinə qanuna müvafiq gəldiyini göstərə bilər”,-deyə Sakrlet Ma qeyd edib.

“Çinlilər Cənubi Qafqazın sadə vətəndaşları kimi sülhə böyük dəyər verirlər və iqtisadi rifahın birgə yaradılmasının tərəfdarlarıdırlar. Lakin biz bilirik ki, ədalətin inkar edildiyi yerdə sülhə də nail olmaq mümkün deyil. Beləliklə, Çin dünya birliyinin məsul üzvlərindən biri kimi beynəlxalq hüququn qorunması yolunda öhdəliyini yerinə yetirməlidir,”-deyə müəllif sonda vurğulayıb.

Məqalənin orijinalı ilə burdan tanış ola bilərsiniz.

 https://www.scmp.com/comment/letters/article/3105146/why-china-must-not-stay-neutral-armenia-and-azerbaijan-clash-again

 Musavat.com