Çinin Hindistanın 10 hərbçisini azadlığa buraxdığı iddia edilir

156

Hurriyyet.org xəbər verir ki, Çinin 10 nəfər hindli hərbçini azadlığa buraxdığı iddia edilir.

“Hindu” qəzetinin hərbi mənbələrə istinad elədiyi xəbərdə, Ladakx bölgəsində hindistanlı və çinli hərbçilərin toqquşmasından bir müddət sonra azadlığa buraxılmış  hind hərbçiləri arasında bir podpolkovnik və 3 mayorun olduğu yazılıb.

Hindistan hökuməti isə “Hindu” qəzetinin məlumatını  və hind hərbçilərinin əsir düşdüyü xəbərini təsdiqləməyib.

“India Today” nəşrinin baş yazarlarından olan Şiv Aroor hindli hərbçilərin azadlığa buraxılmasının Çin ilə Hindistan arasındakı müzakirələrin əsas mövzusu olduğunu yazıb.

Ladakx rayonunda Çin və Hindistan hərbçiləri arasındakı toqquşma zamanı 20 hindli hərbçi ölmüş, 76 nəfəri isə yaralanmışdı.

Hurriyyet.org