Çindən MÜJDƏLİ XƏBƏR: sınaqdan keçirilməyə başlandı

36

Yeni tip koronavirus (Kovid-19) pandemiyasının ortaya çıxdığı Çində üçüncü peyvəndin kliniki sınaqlarına başlanıb.

Bu barədə “Clinical Trials Arena” saytı məlumat yayıb.

Xəbərə görə, Uhan Virologiya İnstitutu, Uhan Bioloji Məhsullar İnstitutu və Çin Milli Dərman Sənayesi Qrupunun nəzdindəki “Sinopharm” şirkəti tərəfindən ərsəyə gətirilən peyvəndin insanlar üzərində sınaqdan keçirilməsinə başlanıb.

Hinan əyalətinin Kıazuo şəhərində baş tutan birinci mərhələdə 96 könüllü iştirak edib. Bu mərhələdə peyvəndin etibarlılığı sübut olunub. İkinci mərhələdə onun effektivliyi müəyyən ediləcək.

Fərqli virus, bakteriya və patogen parçalarının birləşməsindən əldə edilən peyvəndin kliniki sınaqlarının 1 il ərzində tamamlanmasına ümid edilir.

Kliniki sınaqların başlanması bir peyvənd namizədinin qısa müddətdə istifadəyə yararlı vəziyyətdə olması mənasına gəlmir. 3 mərhələdə keçirilən kliniki sınaqların birincisində az sayda sağlam şəxslər üzərində peyvəndin təhlükəsiz olub-olmadığı və əks təsirləri araşdırılır. İkinci mərhələdə peyvəndin effektivliyi sınaq və nəzarət qruplarına ayrılan 100-dən çox insan üzərində test edilir. Üçüncü və son mərhələdə eyni iş bir neçə min nəfər üzərində təkrarlanır. Bu proses isə aylar, hətta illər tələb edir.

Qeyd edək ki, Çində daha iki peyvəndin kliniki sınaqları keçirilir.